KÖÇÜRGƏ

Əlifba sorununa Çözüm

Köçürgə Yazılımı!    کؤچورگه يازيليمي

Yazılımın ilk addımları 2005-də atıldı. İlk nüsxəsi mənim öyrəncilik zamanımda bir çox yoldaşların yardımı ilə 2006 -da yayıldı.   İlk nüsxədə latin əlifbasından ərəb əlifbasına köçürə bildik, Elə buna görə yazılımı köçür adlandırdıq. Yazılımın yayınlanması bilimyurdlular və alimlərimiz tərəfindən yüksək səviyyədə qarşılandı. Habelə onların bir neçəsinin önəriləri əsasında yazılımın   daha iki nüsxəsi də çox geçmədən yayınlandı. İstəklərin dürtüsü ilə çalışmaları artırdıq və 2009-cu ildə yeni bir nüsxə yazdıq, bu nüsxədə dilimizdə olan bütün yazıları çeşidli əlifbalardan o birisinə köçürmək imkanı var. 2010-da bir yeniliyə daha atdım atırıq, Keçmiş nüsxələrin hamısı Windows yazılımlarından idi. amma bu kəz veb(web)də köçürmək imkanız olacaq.  Artırmalıyıq ki, bir çox dostların önərilərinə dayanaraq yazılımın adını "köçürgə"yə dəyişdirdik. Bütün ustadlar və nəzər sahiblərin nəzər və önərilərini gözləyirəm. mənimlə ilgilənmk üçün  aşağıdakı E-mail adresinə yaza bilərsiz. ghafour.alipour@gmail.com


يازيليمين ايلک آدديملاري 2005-ده آتيلدي. ايلک نوسخه‌سي منيم اؤيرنجيليک زامانيمدا بير چوخ يولداشلارين يارديمي ايله 2006 -دا ياييلدي. ايلک نوسخه‌ده لاتين اليفباسيندان عرب اليفباسينا کؤچوره بيلديک، ائله بونا گؤره يازيليمي کؤچور آدلانديرديق. يازيليمين يايينلانماسي بيليم يوردلولار و عاليملريميز طرفيندن يوکسک سويييه‌ده قارشيلاندي. هابئله اونلارين بير نئچه‌سي نين اؤنريلري اساسيندا يازيليمين داها ايکي نوسخه‌سي ده چوخ گئچمه‌دن يايينلاندي. ايستکلرين دورتوسو ايله چاليشمالاري آرتيرديق و 2009-جو ايلده يئني بير نوسخه يازديق، بو نوسخه‌ده ديليميزده اولان بوتون يازيلاري چئشيدلي اليفبالاردان او بيريسينه کؤچورمک ايمکاني وار. 2010-دا بير يئني ليگه داها آتديم آتيريق، کئچميش نوسخه‌لرين هاميسي ويندووز يازيليملاريندان ايدي. آما بو کز وب ده کؤچورمک ايمکانيز اولاجاق. آرتيرمالی ‌يیق کي، بير چوخ دوستلارين اؤنريلرينه داياناراق يازيليمين آديني "کؤچورگه"يه دييشديرديک. بوتون اوستادلار و نظر صاحيبلرين نظر و اؤنريلريني گؤزله‌ييرم. منيمله ايلگيلنمک اوچون آشاغيداکي ايمئيل آدرئسينه يازا بيلرسيز. ghafour.alipour@gmail.com